Gürcüstanda son 24 saatda koronavirusdan 17 pasiyent dünyasını dəyişib
Gürcüstanda son 24 saatda koronavirusdan 17 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.
Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 731-i təşkil edir.
Son 24 saatda, 3666 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 1335 nəfər sağalıb.
Dünən, iyulun 26-da Gürcüstanda koronavirusa 1264 yeni yoluxma halı qeydə alınıb, 1665 nəfər sağalıb, 26 nəfər isə vəfat edib.