Gürcüstanda son 24 saatda koronavirusdan 12 pasiyent dünyasını dəyişib   
Gürcüstanda son 24 saatda koronavirusdan 12 pasiyent dünyasını dəyişib  

 Gürcüstanda son 24 saatda koronavirusdan 12 pasiyent dünyasını dəyişib. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat dərc olunub.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 5 347-i təşkil edir.

Son 24 saatda, 1026 nəfərin Covid 19-a yoluxması təsdiqlənib, 381 nəfər sağalıb.

Dünən, iyulun 2-də Gürcüstanda koronavirusa 964 yeni yoluxma halı qeydə alınıb, 607 nəfər sağalıb, 8  nəfər isə vəfat edib.