Gürcüstanda son 24 saatda 69 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.
Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 13 512 nəfərdir.
Son 24 saat ərzində 1 661 nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 3841 pasiyent sağalıb.
Dünən, dekabrın 25-də Gürcüstanda 2090 nəfərdə koronavirus aşkarlanıb, 1768 nəfər sağalıb, 76 nəfər isə vəfat edib.