Gürcüstanda son 24 saatda 54 pasiyent koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 54 pasiyent koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 54 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 15 300  nəfərdir.

Son 24 saat ərzində 24 616  nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 18 221 pasiyent sağalıb.

Dünən, fevralın 7-də Gürcüstanda koronavirusa 11 235  yoluxma halı qeydə alınıb, 17 130 pasiyent sağalıb, 34  nəfər isə vəfat edib.