Gürcüstanda son 24 saatda 42 pasiyent koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 42 pasiyent koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 42 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 774  nəfərdir.

Son 24 saat ərzində 15 762 nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 5 160 pasiyent sağalıb.

Dünən, yanvarın 24-də Gürcüstanda koronavirusa 7 947  yoluxma halı qeydə alınıb, 5 550 pasiyent sağalıb, 31  nəfər isə vəfat edib.