Gürcüstanda son 24 saatda 31 pasiyent koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 31 pasiyent koronavirusdan vəfat edib

 

Gürcüstanda son 24 saatda 31 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 512 nəfərdir.

Son 24 saat ərzində 7521 nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 3160 pasiyent sağalıb.

Dünən, yanvarın 17-də Gürcüstanda koronavirusa 3656 yoluxma halı qeydə alınıb, 3066 nəfər sağalıb, 32 nəfər vəfat edib.