Gürcüstanda son 24 saatda 31 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 31 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 31 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 14 732 nəfərdir.

Son 24 saat ərzində 7947  nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 5 550 pasiyent sağalıb.

Dünən, yanvarın 23-də Gürcüstanda koronavirusa 9 696 yoluxma halı qeydə alınıb, 5 408 nəfər sağalıb, 28 nəfər isə vəfat edib.