Gürcüstanda son 24 saatda 21 pasiyent koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 21 pasiyent koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 21 pasiyent koronavirusdan vəfat edib. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 15 577 nəfərdir.

Son 24 saat ərzində 4028 nəfərin “Covid-19”-a yoluxması təsdiqlənib, 22 517 pasiyent sağalıb.

Dünən, fevralın 13-də Gürcüstanda koronavirusa 15 712 yoluxma halı qeydə alınıb, 21 623 pasiyent sağalıb, 40 nəfər isə vəfat edib.