Gürcüstanda son 24 saat ərzində koronavirusun doqquz yeni halı qeydə alınıb, yeddi pasiyent isə, sağalıb

Gürcüstanda son 24 saat ərzində koronavirusun doqquz yeni halı qeydə alınıb, yeddi pasiyent isə, sağalıb.

Bu haqda məlumat stopcov.ge veb-səhifəsində yenilənib.

Veb-səhifənin göstəricilərinə görə, tam olaraq, Gürcüstanda koronavirusun 888 halı qeydə alınıb.

Sağalanların ümumi sayı isə, 731 nəfərdir.

Ölkədə virusdan həlak olanların sayı 14-dür.

Karantin rejimində, 2710 vətəndaş qalır. Stasiyonarlarda isə, 267 nəfər müalicə olunur.