Gürcüstanda Niderlandların Səfirliyi "Ləyaqət marşı" ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edir
Gürcüstanda Niderlandların Səfirliyi “Ləyaqət marşı” ilə bağlı öz vətəndaşlarına, rəsmi Facebook səhifəsindən xəbərdarlıq edir.
Səfirlik onlara müraciət edir və təhlükəsizliklərinin qorunması üçün marşdan uzaq dursunlar.
“Niderlandlı turistlərə müraciət edirik ki, təhlükəsizlik məqsədi ilə “Ləyaqət marşından” uzaq dursunlar, çünki kontraksiya iştirakçıları tərəfindən, marş iştirakçılarına qarşı zorakılıq edilə bilər.
Daxili İşlər Nazirliyi bəyan etdi ki, marş zamanı təhlükəsizliyin qorunmasını tam təmin edə bilmir, ancaq əlindən gələni etməyə çalışacaq” – deyilir səfirliyin bəyanatında.