Gürcüstanda kovid statistika ayda bir dəfə yenilənəcək
Gürcüstanda kovid statistika ayda bir dəfə yenilənəcək

 

Növbəti kovid statistika oktyabrın əvvəlində dərc olunacaq, bundan sonra məlumatlar hər ay yenilənəcək. Bu barədə Gürcüstanın Birinci Kanalına Səhiyyə Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə bu qərara səbəb ölkədə koronavirusun yayılmasının azalması tendensiyası və epidemik vəziyyətin sabitləşməsidir.

Xatırladaq ki, bu ilin may ayının əvvəlindən etibarən kovid statistika həftəlik dərc olunur. Bu gün isə göstəricilər Xəstəliklərə Nəzarət Milli Mərkəzinin internet səhifəsində yenilənməyib.