Gürcüstanda koronavirusun üç yeni halının infeksiya mənbəsi məlumdur

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın dediynə görə, Gürcüstanda bugün qeydə alınan koronavirusun üç yeni halının infeksiya mənbəsi məlumdur.

“Onlardan birinin yoluxma mənbəsi yük maşınının sürücüsüdür və xaricdən gətirilən hal hesab edilir, ikisi isə, onun kontaktlarıdır, biri Bolnisidə, biri Marneulidə.

Hazırda klinkamızda 21 təqsdiqlənmiş hal qeydə aınır. Bu mərhələdə vəziyyəti ağır olan pasiyentimiz yoxdur” – dedi Marina Ezuqbaia.