Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı və 20 pasiyent sağaldı
Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı və 20 pasiyent sağaldı.
Bu haqda məlumat stopcov.ge veb-səhifəsində yeniləndi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 735 halı qeydə alınıb.
Həmçinin, sağalanların sayı 557-dir.
Ölənlərin sayı 12-dir.
Karantində 3076 nəfər qalır. Stasiyonarlatda isə, – 250.