Gürcüstanda koronavirusun səkkiz yeni halı qeydə alındı və beş pasiyent sağaldı
Gürcüstanda koronavirusun səkkiz yeni halı qeydə alındı və beş pasiyent sağaldı

Gürcüstanda koronavirusun səkkiz yeni halı qeydə alındı və beş pasiyent sağaldı.

Bu haqda məlumat iqtidar tərəfindən yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.

Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusun 981 halı qeydə alınıb.

Sağalan pasiyentlərin sayı 851-dir.

Koronavirusdan 15 nəfər həlak olub.

Karantin rejimində 4851 vətəndaş, stasiyonarlarda isə, –231 nəfər qalır.