Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı, on pasiyent sağaldı
Gürcüstanda koronavirusun beş yeni halı qeydə alındı, on pasiyent sağaldı.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1 283 halı qeydə alınıb.
Yeni sağalan 10 pasiyentlə bərabər, sağalanların sayı 1 068-dir.
Koronavirusdan ölkədə 17 nəfər həlak olub.
Karantin rejimində 7 718 vətəndaş var.