Gürcüstanda koronavirusun 919 yeni halı qeydə alındı.
Bu barədə məlumatı Tbilisi İnfeksiya Xəstəxanasının nümayəndəsi Marina Endeladze verdi.
Bu vaxt üçün Gürcüstanda koronavirusun 14 440 halı qeydə alınıb.
Yeni sağalan 208 pasiyentlə bərabər, sağalanların sayı 7 367-dir.
Koronavirusdan ölkədə 113 nəfər həlak olub.
Karantin rejimində 5 792 vətəndaş var.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 569 halı qeydə alınmışdı.