Gürcüstanda koronavirusun 680 yeni halı qeydə alındı 292 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 680 yeni halı qeydə alındı 292 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 680 yeni halı qeydə alındı 292 pasiyent sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 13 521 halı qeydə alınıb.

Yeni sağalan 292 pasiyentlə bərabər, sağalanların sayı  7 159-dur.

Koronavirusdan ölkədə 109 nəfər həlak olub.

Karantin rejimində  5 590 vətəndaş var.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 569 halı qeydə alınmışdı.