Gürcüstanda koronavirusun 519 yeni halı qeydə alındı 253 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 519 yeni halı qeydə alındı 253 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 519 yeni halı qeydə alındı 253 pasiyent sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 11 271 halı qeydə alınıb.

Yeni sağalan 253 pasiyentlə bərabər, sağalanların sayı  6 119-dur.

Koronavirusdan ölkədə 78 nəfər həlak olub.

Karantin rejimində  5 971  vətəndaş var.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun   527 halı qeydə alınmışdı.