Gürcüstanda koronavirusun 504 yeni halı qeydə alındı, 2 038 pasient sağaldı
Gürcüstanda koronavirusun 504 yeni halı qeydə alındı, 2 038 pasient sağaldı

Gürcüstanda koronavirusun 504 yeni halı qeydə alındı, 2 038 pasient sağaldı.

Son 24 saatda 27 nəfər vəfat etdi.

Bu haqda məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yayıldı.

Peyvənd olunanların sayı 89 260 nəfərdir, bir gündə 738.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 330 879, onlardan  310 859 nəfər sağalıb, 4 469 isə, həlak olub.

Karantin rejimində 67, stasiyonarda nəzarət altında 4 395, klinik mehmanxanalarda isə,  657 nəfər qalır.