Gürcüstanda koronavirusun 472 yeni halı qeydə alındı 318 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 472 yeni halı qeydə alındı 318 pasiyent sağaldı.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 10 225 halı qeydə alınıb.
Yeni sağalan 318 pasiyentlə bərabər, sağalanların sayı 5 553-dür.
Koronavirusdan ölkədə 66 nəfər həlak olub.
Karantin rejimində 5 824 vətəndaş var.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 508 halı qeydə alınmışdı.