Gürcüstanda koronavirusun 4 780 yeni halı qeydə alındı, 4 058 nəfər sağaldı

Gürcüstanda koronavirusun 4 780 yeni halı qeydə alındı.

Bu barədə məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yeniləndi.

Ölkədə son 24 saatda 4 058 nəfər sağaldı.

34 nəfər isə, həlak oldu.

Ümumilikdə, Gürcüstanda koronavirusun 127 942 halı qeydə alınıb, onlardan 106 328 nəfər sağalıb, 1 195  isə, həlak olub.

Karantin rejimində 2 076 nəfər qalır, xəstəxanalarda isə, 6 286 müalicə olunur.