Gürcüstanda koronavirusun 4 146 yeni halı qeydə alındı, 2 129 nəfər sağaldı

Gürcüstanda koronavirusun 4 146 yeni halı qeydə alındı.

Bu barədə məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yeniləndi.

Ölkədə son 24 saatda 2 129 nəfər sağaldı.

37 nəfər isə, həlak oldu.

Ümumilikdə, Gürcüstanda koronavirusun  183 099 halı qeydə alınıb, onlardan 150 461 nəfər sağalıb, 1 657 isə, həlak olub.

Karantin rejimində 1 017 nəfər qalır, xəstəxanalarda isə, 6 881 müalicə olunur.