Gürcüstanda koronavirusun 388 halı qeydə alındı, onların arasından 86 nəfər sağalıb
Gürcüstanda koronavirusun 3 yeni halı qeydə alındı.
Bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.
Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 388 halı qeydə alınıb. Onların arasında 86 nəfər sağalıb.
Virusdan ölənlərin sayı 3-dür.
Xarici ölkədən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib.
Karantin rejimində 4971, stasiyonarlarda isə, – 519 nəfər qalır.