Gürcüstanda koronavirusun 38 yeni halı qeydə alındı, 17 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 38 yeni halı qeydə alındı, 17 pasiyent sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun  1 548 halı qeydə alınıb.

Yeni sağalan 17 pasiyentlə bərabər, sağalanların sayı 1 270-dir.

Koronavirusdan ölkədə 19 nəfər həlak olub.

Karantin rejimində  6 059 vətəndaş var.