Gürcüstanda koronavirusun 24 yeni halından 10-u Qardabani rayonunda aşkarlanıb
Gürcüstanda koronavirusun 24 yeni halından 10-u Qardabani rayonunda aşkarlanıb

Tbilisi İnfeksiya Xəstəxanasının Tibbi direktoru Marina Ezuqbaianın dediyinə görə, Gürcüstanda aşkarlanan 24 yeni koronavirus hallarından 7-si xaricdən gətirilib, 5-i daha öncə aşkarlanan halların kontaktıdır, 10-u Qardabani rayonunda keçirilən yoxlanış nəticəsində aşkarlanıb,  iki nəfərin infeksiya mənbəyi isə, bilinmir.

“Hazırda mənbəyi bilinməyən iki halın öyrənilməsinə çaslışılır” – dedi Marina Ezuqbaia.

Marina Ezuqbaianın məlumatına görə, bu vaxt üçün müxtəlif covid-mərkəzlərində 188 nəfər qalır.