Gürcüstanda koronavirusun 23 yeni halı qeydə alındı, 17 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 23 yeni halı qeydə alındı, 17 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 23 yeni halı qeydə alındı, 17 pasiyent sağaldı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun  1 306 halı qeydə alınıb.

Yeni sağalan 17 pasiyentlə bərabər, sağalanların sayı 1085-dir.

Koronavirusdan ölkədə 17 nəfər həlak olub.

Karantin rejimində  7635 vətəndaş var.