Gürcüstanda koronavirusun 19 yeni halı qeydə alındı bir pasiyent sağaldı
Gürcüstanda koronavirusun 19 yeni halı qeydə alındı bir pasiyent sağaldı

Gürcüstanda koronavirusun 19 yeni halı qeydə alındı.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1104 halı qeydə alınıb.

Yeni sağalan bir pasiyentlə bərabər, sağalanların sayı 912-dir.

Koronavirusdan ölkədə 16 nəfər həlak olub.

Karantin rejimində 5 936 vətəndaş var, stasiyonarlarda isə, – 268.