Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı, dörd pasiyent sağaldı
Gürcüstanda koronavirusun 14 yeni halı qeydə alındı, dörd pasiyent sağaldı.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1 278 halı qeydə alınıb.
Yeni sağalan 4 pasiyentlə bərabər, sağalanların sayı 1 058-dur.
Koronavirusdan ölkədə 17 nəfər həlak olub.
Karantin rejimində 7 708 vətəndaş var.