Gürcüstanda koronavirusun 12 yeni halından üçünün infeksiya mənbəyi naməlumdur
Gürcüstanda koronavirusun 12 yeni halından üçünün infeksiya mənbəyi naməlumdur

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, Gürcüstanda bugün aşkarlanan 12 haldan beşi, daha öncə infeksiyaya yoluxan şəxsin kontaktlarıdır, ikisi Qardabani munisipalitetindəndir, iki hal xaricdən gətirilib, qalan üçünün infeksiya mənbəyi isə, naməlumdur.

Ezuqbaianın məlumatına görə, bu vaxt üçün covid-mərkəzlərində 191 pasiyent müalicə olunur.