Gürcüstanda koronavirusun 12 yeni halı qeydə alındı dörd pasiyent sağaldı
Gürcüstanda koronavirusun 12 yeni halı qeydə alındı.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1085 halı qeydə alınıb.
Yeni sağalan dörd pasiyentlə bərabər, sağalanların sayı 911-dir.
Koronavirusdan ölkədə 16 nəfər həlak olub.
Karantin rejimində 5724 vətəndaş var, stasiyonarlarda isə, – 249.