Gürcüstanda koronavirusun 10 yeni halı qeydə alındı iki pasiyent sağaldı
Gürcüstanda koronavirusun 10 yeni halı qeydə alındı.
Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda koronavirusun 1155 halı qeydə alınıb.
Yeni sağalan iki pasiyentlə bərabər, sağalanların sayı 929-dur.
Koronavirusdan ölkədə 16 nəfər həlak olub.
Karantin rejimində 6489 vətəndaş var, stasiyonarlarda isə, – 337.