Gürcüstanda koronavirusun 1 759 yeni halı qeydə alındı, 350 pasient sağaldı

Gürcüstanda koronavirusun 1 759 yeni halı qeydə alındı, 350 pasient sağaldı

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 24 562  halı qeydə alınıb.

Yeni sağalan 350 pasientlə bərabər, sağalanların sayı 9 751-dir.

Son 24 saat ərzində, həlak olan 5 pasientlə bərabər, koronavirusdan ölkədə 183 nəfər həlak olub.

Karantin rejimində 4 408 vətəndaş var.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 595 halı qeydə alınmışdı.