Gürcüstanda koronavirusun 1 551 yeni halı qeydə alındı, 878 pasient sağaldı
Gürcüstanda koronavirusun 1 551 yeni halı qeydə alındı, 878 pasient sağaldı

Gürcüstanda koronavirusun 1 551 yeni halı qeydə alındı, 878 pasient sağaldı.

Son 24 saatda 17 nəfər vəfat etdi.

Bu haqda məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yayıldı.

Son 24 saat ərzində, ölkədə 29 487 test keçirildi, onların arasında,  11 878 antigen təcili testi və 17 609 PCR testi var.

Koronavirusun yayılmasının müsbətliyinin günlük göstəricisi – 5,26-dır, son 14 günün – 4,39, son yeddi günün isə, – 4,63.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 307 401-dir, onlardan  288 816 nəfər sağaldı, 4 077 isə, həlak olub.

Karantin rejimində 221, stasiyonarda nəzarət altında 3 780, klinik mehmanxanalarda isə,  707  nəfər qalır.

Dünən aprelin 27-də isə, Gürcüstanda koronavirusun 1 578 yeni halı aşkarlandı, 909 nəfər sağaldı.

Peyvənd olunanların sayı 41 801 nəfər, bir gündə 1 706 nəfərdir.