Gürcüstanda koronavirusun 1 433 yeni halı qeydə alındı, 1 160 pasient sağaldı
Gürcüstanda koronavirusun 1 433 yeni halı qeydə alındı, 1 160 pasient sağaldı.
Son 24 saatda 18 nəfər vəfat etdi.
Bu haqda məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yayıldı.
Son 24 saat ərzində, ölkədə 29 024 test keçirildi, onların arasında, 11 185 antigen təcili testi və 17 839 PCR testi var.
Koronavirusun yayılmasının müsbətliyinin günlük göstəricisi – 4,94-dır, son 14 günün – 4,54, son yeddi günün isə, – 4,72.
Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 308 834-dür, onlardan 289 976 nəfər sağaldı, 4 095 isə, həlak olub.
Karantin rejimində 217, stasiyonarda nəzarət altında 3 765, klinik mehmanxanalarda isə, 707 nəfər qalır.
Dünən aprelin 28-də isə, Gürcüstanda koronavirusun 1 551 yeni halı aşkarlandı, 878 nəfər sağaldı.
Peyvənd olunanların sayı 43 568 nəfər, bir gündə 1 767 nəfərdir.