Gürcüstanda koronavirusun 1 357 yeni halı qeydə alındı, 748 nəfər sağaldı
Gürcüstanda koronavirusun 1 357 yeni halı qeydə alındı, – bu haqda məlumatı idarələrarası koordinasiya şurasının rəhbər müavini Berdia Siçinava, iqtidar administrasiyasında keçirdiyi brifinqdə verdi.
24 saat ərzində, ölkədə 748 nəfər sağalıb.
Həlak olanların sayı isə, 21-dir.
Son 24 saat ərzində, 15 891 test keçirildi, onların arasında – 8 767 antigen testi, 7 124. – PCR testi.
Gürcüstanda infeksiyaya yoluxanların ümumi sayı 244 612-dir, onlardan 228 359-i sağalıb, 2 867-si isə, həlak olub.
638 nəfər klinik mehmanxanalarda qalır. 8 942 nəfər ev şəraitində müalicə olunur.
Karantin zonasında 469 nəfər var, öztəcriddə 23 545 nəfər qalır.