Gürcüstanda koronavirusun 1 177 yeni halı qeydə alındı, 837 nəfər sağaldı
Gürcüstanda koronavirusun 1 177 yeni halı qeydə alındı, – bu haqda məlumatı idarələrarası koordinasiya şurasının rəhbər müavini Berdia Siçinava, iqtidar administrasiyasında keçirdiyi brifinqdə verdi.
24 saat ərzində, ölkədə 837 nəfər sağalıb.
Həlak olanların sayı isə, 26-dır.
Son 24 saat ərzində, 15 205 test keçirildi, onların arasında – 7 265 antigen testi, 7 940 – PCR testi.
Gürcüstanda infeksiyaya yoluxanların ümumi sayı 245 789-dur, onlardan 229 196 sağalıb, 2 893 isə, həlak olub.
648 nəfər klinik mehmanxanalarda qalır. 9 294 nəfər ev şəraitində müalicə olunur.
Karantin zonasında 499 nəfər var, öztəcriddə 499 nəfər qalır.