Gürcüstanda koronavirusdan yeni ölüm faktı qeydə alındı
Gürcüstanda koronavirusdan yeni ölüm faktı qeydə alındı

Gürcüstanda koronavirusdan yeni ölüm faktı qeydə alındı.

Bu haqda məlumatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze təsdiqlədi.

Bolnisi İctimai Sağlıq Mərkəzinin rəhbəri Maka Mamardaşvili Birinci Kanala məlumat verdi ki, həlak olan şəxs Bolnisinin Muşevani kəndindən 76 yaşlı kişidir və onun digər xronik xəstəlikləri də var idi.

Ona koronavirus diaqnozu mayın 9-da qoyulmuşdu. Respublika xəstəxanasında müalicə olunurdu və dünən vəfat etdi – dedi Maka Mamardaşvili.

Gürcüstanda bu fakt koronavirusdan 13-cü  ölüm halıdır.