Gürcüstanda koronavirusdan yenə 18 pasiyent sağaldı

Gürcüstanda koronavirusdan yenə 18 pasiyent sağaldı.

Bu haqda məlumat iqtidar tərəfindən yaradılan xüsusi veb-səhifədə, stopcov.ge-də yayıldı.

Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusun 431 halı qeydə alınıb.

Sağalan pasiyentlərin sayı isə, 132-dir.

Virusdan ölkədə beş nəfər həlak olub.

Karantində 5888 vətəndaş qalır, stasiyonarlarda isə, – 571.