Gürcüstanda koronavirusdan yenə 15 pasient həlak oldu

Gürcüstanda koronavirusdan yenə 15 pasient həlak olub.

Bu haqda məlumat xüsusi veb-səhifə stopcov.ge-də yenilənib.

Son 24 saat ərzində, həlak olan 15 pasientlə bərabər, koronavirusdan ölkədə 253 nəfər həlak olub.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 33 858 halı qeydə alınıb.

Yeni sağalan 2 197 pasientlə bərabər, sağalanların sayı 14 829-dur.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 824 halı qeydə alınmışdı.