stopcov.ge-nin məlumatına görə,Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artmayıb,bir nəfər sağalıb
stopcov.ge-nin məlumatına görə,Gürcüstanda koronavirusa yoluxma hallarının sayı artmayıb,bir nəfər sağalıb

 

 Gürcüstanda  koronavirusdan daha bir pasiyent sağalıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsində,  stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

 Bununla yanaşı,veb səhifədəki məlumata görə, yoluxma halları ilə bağlı göstərici dəyişməyib və bu vaxt üçün Gürcüstanda koronavirusa  851 yoluxma halı təsdiqlənib.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 14 pasiyent  dünyasını  dəyişib. 2795 nəfər karantin rejimindədir,252  nəfər isə stasionarda müşahidə altındadır.

 Hazırladı-Sevinc Mustafayeva