Gürcüstanda koronavirusdan daha 13 pasient sağalıb

Gürcüstanda koronavirusdan daha 13 pasient sağalıb. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa 623 yoluxma halı təsdiqlənib, onlar arasında 288 nəfər sağalıb.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 9 pasiyent dünyasını dəyişib. 4723 nəfər karantin rejimindədir, 446 nəfər isə stasionarda müşahidə altındadır.