Gürcüstanda koronavirusdan 97 pasiyent sağaldı.
Bu barədə məlumat iqtidarın xüsusi veb-səhifəsi stopcov.ge-də yeniləndi.
Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusun 408 halı qeydə alınıb, onların arasında 97 pasiyent sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün gətirilən üç vətəndaş da var.
Ölkədə koronavirusdan dörd nəfər həyatını itirib.
Karantin rejimində 4816 vətəndaş qalır, stasiyonarda isə, – 571.