Gürcüstanda koronavirusa yoluxmuş pasiyentlərdən ikisi sağalıb

Gürcüstanda koronavirusa yoluxmuş pasiyentlərdən ikisi sağalıb.

Ölkə miqyasında, hazırda 13 nəfər virusdan sağalıb.

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının həkimi, Aleksandre Qoqinava Gürcüstanın Birinci Kanalına virusdan daha iki nəfərin sağalması faktını təsdiqləyib.

Onun sözlərinə əsasən, pasiyentlər iki dəfə test olunublar,hər iki halda təhlillərin cavabı mənfi olub.

Hazırda sağalmış vətəndaşlar ev şəraitində 14 gün ərzində təcrid olunmuş vəziyyətdə olacaqlar, onların səhhətinə həkimlər nəzarət edəcəklər.

 

Müəllif – Sevinc Mustafayeva