Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 667-dək artıb,onlar arasında 383 nəfər sağalıb
Gürcüstanda yeni növ koronavirusa daha 15 yoluxma halı təsdiqlənib.Göstəricilər hökumət tərəfindən yaradılmış xüsusi veb səhifədə bir az bundan əvvəl yenilənib.
Müvafiq olaraq bu vaxt üçün,Gürcüstanda koronavirusa 667 yoluxma halı təsdiqlənib.Onlar arasında 383 pasiyent sağalıb.12 nəfər vəfat edib.
4233 nəfər karantin rejimindədir,373 nəfər isə stasionarda müşahidə altındadır.
Xaricdən 3 Gürcüstan vətəndaşı müalicə edilmək məqsədi ilə ölkəyə gətirilib.
Koronavirusa 15 yeni yoluxma halı Bolnisi Munisipaliteti ilə əlaqəlidir.Munisipalitetdən qeyd olunduğu üzrə,koronavirus ilə əlaqədar tədqiq olunmuş 86 nümunədən,15-nin cavabı müsbətdir.Bəhsi keçən bu şəxslər Bolnisinin iki kəndinin sakinləridirlər.
Hazırladı-Sevinc Mustafayeva