Gürcüstanda koronavirusa yoluxan yenə bir pasiyent müalicə nəticəsində sağaldı və evinə getdi

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaianın bəyanatına görə, koronavirusdan yenə bir pasiyent müalicə nəticəsində sağaldı.

Marina Ezuqbaia jurnalistlərlə söhbət zamanı bəyan etdi ki, sağalan 10-cu pasiyent klinikayı artıq tərk etdi.

“Mərkəzimizdə müalicə görən 42-nəfərdən 10-u sağaldı və evinə getdi. Hazırda bizdə 32 pasiyent müalicə görür” – dedi Marina Ezuqbaia.

Son göstəricilərə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı 73-dür. Onlardan artıq 10-u sağaldı.

Karantin rejimində 4055 nəfər qalır.

Stasiyonarlarda isə, – 252.