Gürcüstanda koronavirusa qarşı ilk vaksinasiya canlı yayımda Paata İmnadzeyə ediləcək
Gürcüstanda koronavirusa qarşı ilk vaksinasiya canlı yayımda Paata İmnadzeyə ediləcək

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin sədr müavini Paata İmnadze sabah 09:00-da canlı yayımda, televiziya efirində vaksinasiya ediləcək.

Bu barədə bəyanatı İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertvadze verdi.

Onun dediyinə görə, heç şübhəsi yoxdur ki, “Astrazeneka” vaksinasının 43 min dozası iki həftədə heç bir problem olmadan xərclənəcək.

“Hərkəs birinci günü gözləyir və ilk vaksinasiyanın nə qədər müvəffəqiyyətli olduğunu gördükdən sonra, vaksinasiya etdirmək istəyənlərin sayı artacaq” – dedi Tenqiz Tsertvadze.