Gürcüstanda koronavirusa 986 yeni yoluxma halı qeydə alınıb, 3193  nəfər sağalıb
Gürcüstanda koronavirusa 986 yeni yoluxma halı qeydə alınıb, 3193  nəfər sağalıb

Gürcüstanda koronavirusa 986 yeni yoluxma halı qeydə alınıb. Məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.

Ölkədə son 24 saatda 3193  nəfər sağalıb. Son bir sutkada  71  pasiyent koronavirusdan vəfat edib.

Bununla yanaşı, dekabrın 26-na olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 1661 yeni yoluxma halı qeydə alınıb, 3 841 nəfər sağalıb, 69 nəfər vəfat edib.