Gürcüstanda koronavirusa 964 yeni yoluxma halı qeydə alınıb, 607 nəfər sağalıb
Gürcüstanda koronavirusa 964 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 607 nəfər sağalıb. Son bir sutkada 8 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 28 190 ədəd test aparılıb, onlardan 13 696-sı antigen sürətli testi, 14 494-ü isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 3.42%, son 14 günün- 2.74%, son 7 günün isə 3.09 %.
Gürcüstanda koronavirusa ümumilikdə 368 022 yoluxma halı təsdiqlənib, onlardan 353 231 nəfər sağalıb, 5 335 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 266 161 nəfər peyvənd olunub, günlük 1246 insan peyvənd olunub.
118 insan karantin rejimindədir, 2771 nəfər stasionar şəraitdə nəzarət altındadır, 620 nəfər kliniki-mehmanxanadadır.