Gürcüstanda koronavirusa 910 yeni yoluxma halı qeydə alınıb, 8081 nəfər sağalıb
Gürcüstanda koronavirusa 910 yeni yoluxma halı qeydə alınıb, 8081 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 910 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 8081 nəfər sağalıb. Son bir sutkada 32 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 6 685 ədəd test aparılıb, onlardan 4 449-u antigen sürətli testi, 2 236-sı isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 13.61 %, son 14 günün- 20.44 %, son 7 günün isə 17.28%.

Gürcüstanda koronavirusa ümumilikdə 1 626 282 yoluxma halı təsdiqlənib, onlardan 1 562 614 nəfər sağalıb, 16 398 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 826 144 nəfər peyvənd olunub, günlük 92 insan peyvənd olunub.

Bununla yanaşı, martın 6-da Gürcüstanda koronavirusa 1700 yeni yoluxma halı qeydə alınıb, 7002 pasiyent sağalıb, 28 nəfər isə vəfat edib.