Gürcüstanda koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb,12 pasiyent isə sağalıb
Gürcüstanda koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb.Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində ,stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa 635 yoluxma halı təsdiqlənib,daha 12 pasiyent sağalıb və bununla da sağalananların sayı 309-u təşkil edir.
Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.
Koronavirus səbəbi ilə ölkədə 10 pasiyent dünyasını dəyişib.
4717 nəfər karantin rejimindədir, 452 nəfər isə stasionarda müşahidə altındadır.
Hazırladı-Sevinc Mustafayeva